İran riyalı rekord həddə ucuzlaşaraq tarixi minimuma düşüb

14:34 - 24.08.2026


24 avqust, Fineko/abc.az. İranın milli valyutası olan riyal ABŞ-ın yeni sanksiya təzyiqləri fonunda ABŞ dolları qarşısında dəyər itirməkdə davam edir.

"Bonbast" valyuta izləmə platformasının məlumatına görə, azad bazarda 1 ABŞ dollarının məzənnəsi 1,992 milyon riyala yüksəlib. Bu, ABŞ Prezidenti Donald Trampın keçən həftə Tehrana qarşı genışmiqyaslı iqtisadi tədbirlər elan etməsindən bəri məzənnənin 4,5 % ucuzlaşması deməkdir. Müstəqil "TGJU" portalının göstəricilərinə əsasən isə dolların məzənnəsi gün ərzində hətta 2 milyon riyal həddini də keçib.

Milli valyutanın kəskin ucuzlaşması ABŞ-ın İranı təcrid etmək siyasəti ilə bağlıdır. Vaşinqtonun Bəsrə körfəzindəki limanları məhdudlaşdırması və ölkənin qalan azsaylı tərəfdaşlarına təzyiq göstərməsi nəticəsində əsas valyuta mənbəyi olan neft eksportu kəskin azalıb.

İran Mərkəzi Bankının sədri Əbdülnasser Hemmati xam neft ixracının faktiki olaraq dayandığını bəyan edib. Eyni zamanda, ölkənin əsas tərəfdaşlarından olan Birləşmiş Ərəb Əmirlikləri İran ilə bütün maliyyə əməliyyatlarını müvəqqəti dayandırdığını açıqlayıb.

Yerli iqtisadi nəşrlərin təhlilinə görə, valyuta daxilolmalarının kəskin azalması, idxal tələbatının artması və yüksək inflyasiya gözləntiləri riyalın sürətlə dəyərdən düşməsini daha da tətikləyir.