15:54 - 22.08.2026
22 avqust, Fineko/abc.az. ABŞ-nin Kaliforniya ştatında dizel yanacağının qiyməti bir qallon üçün 7 dollara yüksəlib. "AAA" avtomobil assosiasiyasının məlumatına görə, ştatda dizelin qiyməti bir ay əvvəllə müqayisədə 30 sent, ötən ilin eyni dövrü ilə müqayisədə isə 37% (1,89 dollar) artıb.
Ölkə üzrə orta qiymət avqustda 5,45 dollar təşkil edib, halbu ki ilin əvvəlində bu göstərici 3,52 dollar idi.
Tarixdə ilk dəfə olaraq ABŞ-də dizel yanacağı ilə xam neft qiyməti arasındakı fərq (emal marjası) üçrəqəmli həddə çatıb. Bazar ertəsi bu göstərici bir barel üçün 102 dollar rekorduna yüksəlib, çərşənbə axşamı isə 100 dollar ətrafında sabitləşib.
21 Avqust 2026