14:53 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Almaniyaya 210 milyon 855,8 min ABŞ dolları dəyərində 360 min 299 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 45,5%, dəyəri isə 40,9% azalıb.
Hesabat dövründə Almaniyanın Azərbaycanın ümumi neft ixracındakı payı 2,8% təşkil edib. Ümumilikdə, ilk 7 ayda ölkədən 8 milyard 32,9 milyon dollar dəyərində 12,7 milyon tondan çox xam neft və neft məhsulları ixrac olunub. Qeyd edək ki, yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 29,2 milyard dolları ötüb (ixrac — 19,3 milyard dollar, idxal — 9,8 milyard dollar).
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026