12:35 - 24.08.2026
24 avqust, Fineko/abc.az. Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyində fəaliyyət göstərən "Təmiz Şəhər" ASC 2025-ci maliyyə ilini 5,666 milyon manat xalis zərərlə yekunlaşdırıb.
Maliyyə göstəricilərinə əsasən, səhmdar cəmiyyətinin zərəri ötən ilin göstəriciləri ilə müqayisədə 3,4 dəfə çoxalıb. Bu nəticə ilə qurumun yığılmış zərəri illik müqayisədə 2,3 % yüksələrək 249,185 milyon manat təşkil edib.
Cari ilin 1 yanvar tarixinə "Təmiz Şəhər" ASC-nin ümumi aktivləri 22 % geriləyərək 47,45 milyon manata düşüb. Hesabat ilində cəmiyyətin öhdəlikləri 16,2 % artaraq 5,675 milyon manata çatıb, balans kapitalı isə 25,4 % azalmaqla 41,775 milyon manata enib. (C) Report