13:19 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Çili hökuməti Çinin dövlət telekommunikasiya nəhəngi "China Mobile"ın Çilinin Valparaiso liman şəhəri ilə Honq Konq arasında okeanaltı internet kabelinin çəkilməsi layihəsini təsdiqləyib.
Lakin qərardan dərhal sonra ABŞ Səfirliyinin nümayəndəsi bu icazənin verilməsində iştirak edən Çili hökumət rəsmilərinə və onların ailə üzvlərinə ABŞ-yə girişin qadağan olunacağı ilə hədələyib. Tərəflər arasında cəmi 6 dəqiqə çəkən görüş gərginliklə yekunlaşıb.
Qeyd edək ki, 2026-cı ilin qışında da bənzər icazə verilmiş, lakin Vaşinqtonun birbaşa müdaxiləsindən bir neçə gün sonra ləğv edilmişdi.
21 Avqust 2026