09:40 - 24.08.2026
24 avqust, Fineko/abc.az. İran ABŞ və İsrail ilə yaşanan hərbi gərginliklərin enerji sektoruna vurduğu zərərdən sonra ölkənin cənubundakı Fars vilayətində 7,5 trilyon kubfutdan çox yeni təbii qaz ehtiyatı tapanı elan edib.
Ölkənin Neft naziri Möhsün Paknejad bildirib ki, yataqdakı qazın təxminən 5,7 trilyon kubfutu çıxarıla bilən ehtiyatdır. Bu da İranın Qətər ilə şərikli istismar etdiyi dünyanın en böyük qaz sahəsi olan "Cənubi Pars"ın tək bir mərhələsindəki 15 illik hasilata bərabərdir. Yeni sahədə, həmçinin milyardlarla dollar dəyərində qaz kondensatının olduğu qeyd edilir.
Lakin ekspertlər yeni ehtiyatların istismara verilməsinin illər ala biləcəyini vurğulayırlar. Qərb sanksiyaları və çatışmayan investisiyalar səbəbindən infrastruktur problemləri yaşayan İran, son hərbi zərbələr nəticəsində gündəlik qaz hasilatı gücünün dörddə birini itirib. Hökumət qış aylarında enerji qıtlığı yaşana biləcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.