Çinin müstəqil neft emalı zavodları xammal qıtlığı ilə üzləşib

12:06 - 24.08.2026


24 avqust, Fineko/abc.az. İran neftinin əsas alıcısı olan Çinin müstəqil neft emalı zavodları son həftələrdə regionda təklifin kəskin azalması səbəbindən ciddi xammal çatışmazlığı ilə qarşılaşıb.

Tədarükün faktiki olaraq dayanmasında ABŞ-ın tətbiq etdiyi dəniz blokadası həlledici rol oynayıb. Vaşinqtonun məhdudiyyətləri ucbatından yüklü İran tankerləri Bəsrə körfəzində qalıb, boş tanker donanması isə körfəzdən kənarda gözləməyə məcbur edilib.

"Kpler" analitik şirkətinin məlumatına görə, Asiya alıcıları üçün mühüm ticarət məntəqəsi sayılan Malayziya yarımadasının şərq sularında hazırda cəmi 40 milyon barel neft qalıb. Bunun yalnız təxminən 4 milyon bareli (yəni iki supertanker həcmi) hələ satılmayıb.

"Vortexa" şirkətinin Çin bazarı üzrə baş analitiki Emma Li bildirib ki, mövcud qiymət səviyyələri ilə İran nefti son Tramp administrasiyası dövründən bəri ən yüksək həddə çatıb. Эксперtin sözlərinə görə, mövcud vəziyyətdə Çinin müstəqil emal müəssisələri ya ənənəvi neft növlərinə qayıtmalı, ya da emal həcmlərini azaltmalı olacaqlar.

ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessentin  Tehranın iqtisadi resurslarını tamamilə məhdudlaşdırmaq haqqında bəyanatları və elektromobillərin sürətlə yayılması kimi amillər Çinin ümumi neft tələbatını və müstəqil emal sektorunun gələcəyini qeyri-müəyyən edir.