SOCAR innovasiya proqramına start verdi — Qaliblərə 20 min dollar büdcə ayrılacaq

12:26 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) enerji sektoruna innovativ ideyaların və texnologiyaların inteqrasiyasını hədəfləyən "WIN" (What is Next) Açıq İnnovasiya Proqramı çərçivəsində müraciətlərin qəbuluna başlayıb.

Məqsəd neft-qaz əməliyyatlarını təkmilləşdirən və enerji keçidinə töhfə verən texnoloji həlləri real əməliyyat mühitində sınaqdan keçirməkdir. Proqram enerji keçidi, süni intellekt, məlumat analitikası, rəqəmsallaşma, əməliyyat mükəmməlliyi və ətraf mühitin qorunması (HSE) istiqamətlərini əhatə edir.

Müraciətlər sentyabrın 12-nə qədər dünyanın istənilən nöqtəsindən olan startaplar, texnologiya şirkətləri və innovatorlar üçün açıqdır. Seçilmiş iştirakçılara SOCAR mütəxəssisləri ilə birgə layihələri sınaqdan keçirmək üçün 20 000 ABŞ dollarına qədər büdcə təqdim ediləcək. Ətraflı məlumat win.socar.az saytında yerləşdirilib.