Azərbaycandan tranzitlə Ermənistana növbəti yük göndərilib

11:59 - 24.08.2026


24 avqust, Fineko/abc.az. Rusiya Federasiyasından Ermənistana növbəti yük partiyasının Azərbaycan ərazisindən tranziti icra edilib.

Məlumata əsasən, ümumi çəkisi 242 ton təşkil edən 7 vaqon propan yanacağı Biləcəri dəmir yolu stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

Qeyd edək ki, indiyədək ölkəmizin nəqliyyat dəhlizləri vasitəsilə Rusiyadan Ermənistana 50 min tondan artıq taxıl, 9 min tona yaxın gübrə, 1 172 ton propan, 1 114 ton kömür, 133 ton alüminium və 67 ton taxta materialı daşınıb.

Bununla yanaşı, hesabat dövrünədək Azərbaycanın özündən Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona qədər "Aİ-92" və "Aİ-95" markalı benzin göndərilib.