"Koroğlu"dan "Elmlər"ə yeni ekspres xətti: M6 avtobusunun marşrutu uzadılır

13:17 - 22.08.2026


22 avqust, Fineko/abc.az. Bakıda "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, vətəndaş müraciətləri və sərnişin sıxlığının təhlili nəzərə alınaraq, avqustun 24-dən marşrut xətti uzadılaraq son dayanacaq "Koroğlu" metrostansiyası təyin olunub.

Dəyişikliyə əsasən, M6 nömrəli ekspres avtobuslar "Nizami" metrostansiyasından da keçəcək və orada saxlayacaq. Beləliklə, marşrut xətti "Koroğlu", "Gənclik", "Nizami" və "Elmlər Akademiyası" stansiyalarını birbaşa əlaqələndirəcək.