17:30 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan Yunanıstana 182 milyon 764,5 min ABŞ dolları dəyərində 284 min 374,7 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 22,4%, dəyəri isə 41,7% artıb.
Yunanıstana göndərilən neftin Azərbaycanın ümumi neft ixracındakı payı 2,2% təşkil edib.
Nəzərdən keçirilən 7 ay ərzində Azərbaycan ümumilikdə 8 milyard 32 milyon 903,55 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton xam neft və neft məhsulları ixrac edib. Bu dövrdə ölkənin xarici ticarət dövriyyəsi 29 milyard 216 milyon dollar olub ki, bunun da 19 milyard 336 milyon dolları ixracın, 9 milyard 881 milyon dolları isə idxalın payına düşüb.
21 Avqust 2026