Şavkat Mirziyoyev: "Münasibətlərimizi tarixi zirvəyə çatdırdıq"

19:16 - 23.08.2026


23 avqust, Fineko/abc.az. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan ilə əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini və ölkələrimizin vahid geoiqtisadi məkan formalaşdırdığını bəyan edib.

Özbəkistan lideri bildirib ki, birgə səylər nəticəsində nəhəng inkişaf potensialına malik vahid və özünəyetərli makroregion yaranır. Tərəfdaşlığın bütün istiqamətləri konkrekt layihələrlə dəstəklənir. Xüsusilə nəqliyyat sahəsində Orta Dəhlizin inkişafı çərçivəsində Xəzər dənizində birgə ticarət donanmasının yaradılmasının sürətləndirilməsi tapşırılıb.

Şavkat Mirziyoyev həmçinin Yeni Daşkənddə Azərbaycan parkının salınacağını, Əlişir Nəvaiyə həsr olunmuş birgə bədii filmin çəkiləcəyini və FIFA-nın qərarı ilə iki ölkənin ev sahibliyi edəcəyi gənclər arasında dünya çempionatı çərçivəsində "İki ölkə, bir çempionat" dövlət proqramının icra ediləcəyini diqqətə çatdırıb.