15:20 - 2.05.2023
2 may, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanın Avropanın qaz bazarında payı artaraq 2021-ci ildəki 4,9 faizdən 6,9 faizə çatıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilir.
Aşağıdakı cədvəldə Avropaya qaz tədarükçülərinin payında dəyişikliyin dinamikası əks olunub:
|
Ölkə |
2021-ci ildə payı |
2022-ci ildə payı |
|
ABŞ |
8 |
17,4 |
|
Rusiya |
34,1 |
19,5 |
|
Əlcəzair |
20,2 |
18,5 |
|
Qatar |
6,8 |
7,4 |
|
Norveç |
9 |
12,5 |
|
Azərbaycan |
4,9 |
6,9 |
|
Digər ölkələr |
23,7 |
25,3 |
Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başlaqıdan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.
24 Avqust 2026
24 Avqust 2026
24 Avqust 2026
22 Avqust 2026