15:16 - 17.04.2023
17 aprel, Fineko/abc.az. Bu il yanvarın 1-nə Naxçıvan MR-da yeni nəsil nəzarət kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 3 ayında 19 dəfədən çox artaraq 1 415 ədəd təşkil edib.
Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3,8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, martın sonuna bu nisbət 70,2 % təşkil edib.
Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.