Kriptovalyuta bazarı kəskin yüksəldi — Bitkoin 79 min dolları ötüb

15:40 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Kriptovalyuta bazarında artım sürətlənib. Bitkoinin (Bitcoin) qiyməti 79 min ABŞ dollarını keçərək may ayından bəri ən yüksək həddə çatıb. Müsbət xəbərlərin təsiri ilə rəqəmsal valyuta cəmi bir neçə ticarət günündə 60 min dollar səviyyəsindən 79 min dollardan yuxarı qalxıb.

Qiymət artımının əsas drayveri ABŞ-dən gələn xəbərlər olub. ABŞ Prezidenti Donald Trampın kriptovalyuta sektoru rəhbərləri ilə görüşdə tənzimləyici qaydaların dəqiqləşdirilməsi barədə çağırışı və ABŞ hökumətinin böyük həcmdə Bitkoin alması imkanlarını bəyan etməsi bazarı dəstəkləyib.

Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyinin uzunmüddətli dövlət istiqrazlarının geri alımı həcmini artırmaq qərarı da Bitkoinin bahalaşmasını sürətləndirən digər mühüm amil olub.