11:06 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 94,6 milyon ABŞ dolları dəyərində 15,1 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 1,5 min ton (9,3%), dəyər baxımından isə 19,1 milyon dollar (16,7%) azdır. Hesabat dövründə sözügedən məhsullar ölkənin ümumi idxalının 0,9%-ni təşkil edib.
Cari ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 1,3% artaraq 29 milyard 216 milyon dollara çatıb. Dövriyyənin 19 milyard 336 milyon dollarını ixrac, 9 milyard 881 milyon dollarını isə idxal əməliyyatları təşkil edib. Son 1 ildə ixracın 27% artması, idxalın isə 27,4% azalması nəticəsində xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.