Azərbaycandan tranzitlə Ermənistana növbəti buğda və arpa partiyası yola salındı

11:25 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Avqustun 21-də Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük tədarükü həyata keçirilib.

11 vaqondan ibarət, çəkisi 1108 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 273 ton olan arpa Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 47 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 ton taxta daşınıb. Eyni zamanda, bu dövr ərzində Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" markalı benzin ixrac olunub.