12:26 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycandan xaricə 954.2 kiloqram balıq kürüsü ixrac olunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, məhsul 12 ölkəyə, o cümlədən ABŞ, Niderland, Kanada, Avstraliya, Sinqapur və İtaliyaya göndərilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə kürü ixracının həcmi 2.7 dəfə artıb. İxrac edilən bütün balıq məhsulları idxalçı dövlətlərin tələblərinə uyğun olaraq müvafiq baytarlıq sertifikatları ilə təmin olunur.