12:15 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6 108,7 ton dondurulmuş balıq məhsulu ixrac olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3% artım deməkdir.
Bununla yanaşı, ölkəyə soyudulmuş və dondurulmuş balıq məhsulları 20-dən çox ölkədən, o cümlədən İran, Rusiya, Vyetnam, Türkiyə, Çin, Çili, Norveç və Estoniyadan idxal edilir. AQTA tərəfindən idxal olunan bütün məhsullara sənəd, eynilik və fiziki nəzarət tədbirləri tətbiq olunur.
21 Avqust 2026