10:20 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 59 min 656,9 ton duz istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çoxdur.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin analoji dövründə ölkədə 47 min 604,8 ton duz istehsal edilmişdi.
İstehsalın artması ilə yanaşı, avqustun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında olan hazır məhsul ehtiyatı da 77,5% artaraq 26,8 tona çatıb. Keçən ilin eyni dövründə hazır məhsul ehtiyatı 15,1 ton səviyyəsində idi.
21 Avqust 2026
19 Avqust 2026