17:39 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda turizm layihələrinə investisiya təşviqi mexanizminin tətbiqi və sahibkarlara geniş dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur.
Sənədə əsasən, ölkədə 3 yeni turizm və rekreasiya zonası və bu zonaların tərkibində azı 3 turizm mərkəzi yaradılaraq onların baş inkişaf planları hazırlanacaq.
Həmçinin turizm zonalarında otellərin, sanatoriya-kurort müəssisələrinin, qış idman arenalarının fəaliyyəti, eləcə də konqreslərin təşkili üzrə investisiya layihələrinə manatla götürülən kreditlər üzrə faiz subsidiyalarının verilməsi planlaşdırılır.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026