12:55 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 30 min 449,2 ton duru bitki yağı istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35,4% çoxdur.
Hesabat dövründə ölkədə 22 min 855,2 ton marqarin istehsal edilib ki, bu da illik müqayisədə 16,3% azalma deməkdir. Avqustun 1-i vəziyyətinə ölkədə 3 min 495,5 ton duru bitki yağı (16,08% artım) və 4 min 064,3 ton marqarin (21,32 dəfə artım) hazır məhsul ehtiyatı formalaşıb.
Ümumilikdə, 7 ay ərzində Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,6% çoxdur.