16:57 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 293,65 milyon ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 193,25 milyon dollar və ya 13% azdır.
Hesabat dövründə avtomobil və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxal xərclərinin 13,1%-ni təşkil edib.
Ümumilikdə, 7 ayda ölkənin xarici ticarət dövriyyəsi illik müqayisədə 1,3% artaraq 29 milyard 216 milyon dollara çatıb. Dövriyyənin 19 milyard 336 milyon dolları ixracın (27% artım), 9 milyard 881 milyon dolları isə idxalın (27,4% azalma) payına düşüb. Nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.