17:16 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda ölkədə dağ və macəra turizmi üzrə peşəkar bələdçilik və təhlükəsizlik sisteminin yaradılması nəzərdə tutulur.
Sənəd həmçinin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsini və istehlakçı hüquqlarının qorunmasını hədəfləyir.
Proqrama əsasən, "Turizm haqqında" qanun təkmilləşdiriləcək, turizm subyektlərinin fəaliyyətinə dair minimum tələblər və nəzarət mexanizmləri müəyyən ediləcək.
Eyni zamanda otel və digər yerləşmə vasitələri üçün sanitariya-gigiyena, təhlükəsizlik və fövqəladə hallarla bağlı minimal tələblərin tətbiqi, eləcə də yaranan mübahisələrin həlli mexanizmlərinin yenilənməsi planlaşdırılır.
18 Avqust 2026