14:01 - 22.08.2026
22 avqust, Fineko/abc.az. İran hökuməti İraqın rəsmi müraciətindən sonra bu ölkəyə məxsus bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə xüsusi icazə ayırıb.
İranın IRNA rəsmi xəbər agentliyinin məlumatına görə, müvafiq xahiş İraq rəhbərliyi tərəfindən İran Parlamenti Sədri Məhəmməd Baqir Qalıbafın İraqa səfəri zamanı təqdim edilib.
Məlumatda vurğulanır ki, ABŞ-nin addımları səbəbindən Hörmüz boğazında yaranan yüksək hərbi gərginliyə və təhlükəsizlik risklərinə baxmayaraq, Tehran rəhbərliyi İraqın neft tankerlərinin keçidini təmin etmək qərarına gəlib.