17:20 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində ölkədə vahid Turizm İnformasiya Sisteminin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur. Layihə turistlər üçün məlumatların tam rəqəmsallaşdırılmasını hədəfləyir.
Sənədə əsasən, hava, dəmir yolu, avtobus, metro və şəhər nəqliyyatı marşrutları beynəlxalq "GTFS" formatına keçiriləcək. Eyni zamanda, turist nümayiş obyektləri üçün 5 xarici dildə rəqəmsal audiobələdçilər hazırlanaraq QR kodlarla istifadəyə veriləcək, "Azerbaijan.travel" platforması isə yenilənəcək.
25 Avqust 2026