Özbəkistan və Gürcüstan yükdaşımalarında "E-permit" sisteminə keçdi

13:07 - 22.08.2026


22 avqust, Fineko/abc.az. Özbəkistan və Gürcüstan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazə sisteminin ("E-permit") tətbiqinə başlayıb.

Yeni sistem çərçivəsində ikitərəfli, tranzit və üçüncü ölkələrə/ölkələrdən daşımalar üzrə icazə sənədləri daşıyıcılara kağız formalardan imtina edilərək yalnız elektron formatda təqdim olunacaq.

Özbəkistan Nəqliyyat Nazirliyindən bildirilib ki, "E-permit" sistemi icazə icraatını sürətləndirmək, kağız sənəd dövriyyəsini və insan faktorunu minimuma endirmək, eyni zamanda logistika proseslərini daha şəffaf və rahat etmək məqsədi daşıyır.