Kanadadan ABŞ-yə cavab addımı: 20 milyard dollarlıq mallara 50%-lik rüsum qüvvəyə mindi

15:56 - 22.08.2026


22 avqust, Fineko/abc.az. ABŞ hökumətinin Kanadadan idxal olunan 20 milyard dollar dəyərindəki məhsullara tətbiq etdiyi 50%-lik rüsumlar qüvvəyə minib. Bu qərar Kanadanın ABŞ-yə illik ixracının təxminən 5%-ini əhatə edir.

ABŞ-nin Ticarət Nümayəndəsi Ceymison Qrir Kanadanın razılaşdırılmış şərtlər çərçivəsində ticarət müqaviləsini imzalamaqdan imtina etdiyini bildirib.

Buna cavab olaraq Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarının dayandırıldığını elan edib. O, Vaşinqtonun təklif etdiyi son dəyişiklikləri ədalətsiz adlandıraraq Kanadanın yerli biznesi və işçiləri qorumaq üçün ABŞ-yə adekvat (eynitipli) cavab addımları atacağını vurğulayıb.