Ətə xərclədiyimiz pul 66 milyon dolları keçdi — İdxal artıb

15:27 - 20.08.2026


20 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən 66,1 milyon dollar dəyərində 28 min ton ət alıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gətirilən ətin həcmi 11,3% (2,9 min ton), xərclənən pul isə 19,9% (11 milyon dollar) artıb. Ət idxalının ümumi xərclərimizdəki payı 0,6% olub.

7 ayda Azərbaycanın xarici ölkələrlə ümumi ticarəti 1,3% artaraq 29 milyard 216 milyon dollara çatıb. Ümumi ticarətin 19 milyard 336 milyon dollarını xaricə sattığımız məhsullar (27% artım), 9 milyard 881 milyon dollarını isə xaricdən aldıqlarımız (27,4% azalma) təşkil edib.

Nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq qazanc (müsbət fərq) yaranıb ki, bu da keçən illə müqayisədə 5,9 dəfə çoxdur.