17:03 - 21.08.2026
21 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 137,1 milyon ABŞ dolları dəyərində 97,3 min ton pambıq lifi ixrac edib. Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi 21 min ton (27,5%), dəyəri isə 27,4 milyon dollar (24,9%) artıb.
Hesabat dövründə pambıq lifinin ixracından əldə olunan gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,7%-ni təşkil edib.
Ümumilikdə, 7 ayda ölkənin xarici ticarət dövriyyəsi illik müqayisədə 1,3% artaraq 29 milyard 216 milyon dollara çatıb. Dövriyyənin 19 milyard 336 milyon dolları ixracın (27% artım), 9 milyard 881 milyon dolları isə idxalın (27,4% azalma) payına düşüb. Nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026