Azərbaycanın Özbəkistana ixracı 2,2 dəfə artıb, idxal isə yarıbayarı azalıb

17:13 - 21.08.2026


21 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Özbəkistana 79 milyon 506,62 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə və ya 44 milyon 129,65 min dollar çoxdur.

Hesabat dövründə Özbəkistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə illik müqayisədə 48% (112 milyon 306,3 min dollar) azalaraq 121 milyon 227,3 min dollar təşkil edib.

Qeyd olunan göstəricilər Azərbaycanın ümumi ixracının 0,41%-ni, ümumi idxalının isə 1,23%-ni təşkil edib.