11:41 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Avqustun 22-də Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük partiyası göndərilib. Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə 630 ton buğda (9 vaqon) və 36 ton propan (1 vaqon) yola salınıb.
Qeyd edək ki, indiyədək Azərbaycan üzərindən tranzitlə Ermənistana 49 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 1 114 ton kömür, 133 ton alüminium və 67 ton taxta materialı daşınıb.
Bununla yanaşı, Azərbaycan tərəfindən Ermənistana birbaşa olaraq 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın "AI-92" və "AI-95" markalı benzin ixrac olunub.