17:10 - 20.08.2026
20 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsini və strukturunu təsdiq edən yeni fərman imzalayıb. Fərman 2026-cı il oktyabrın 1-dən qüvvəyə minir.
Sənədə əsasən, mərkəzi icra hakimiyyəti orqanları və dövlət şirkətləri mikro, kiçik və orta sahibkarlığa, həmçinin investisiya və ixrac fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların layihələrini təqdim etməzdən əvvəl Agentliklə razılaşdırmalıdırlar.
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Agentlik Bakı şəhərində yerləşir və onun saxlanılma xərcləri dövlət büdcəsi, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
21 Avqust 2026
21 Avqust 2026