Almaniyadan “Apple”a qadağa – Şirkət nəzarətə götürüldü

11:10 - 6.04.2023


6 aprel, Fineko/abc.az. Almaniya “Apple”a daha sərt rəqabət nəzarəti tətbiq edəcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Federal Kartel Agentliyi şirkətlə bağlı yeni qərar alıb.

Belə ki, bundan sonra Agentlik “Apple”ın daha erkən mərhələdə rəqabətə zidd davranışlarını qadağan etmək üçün daha sərt rəqabət nəzarəti tətbiq edəcək.

Almaniya Federal Kartel Ofisi tərəfindən edilən açıqlamada “Apple”ın "bazarlararası rəqabət baxımından fövqəladə əhəmiyyətə malik" bir şirkət olduğu vurğulanıb.

Bildirilib ki, Apple-ın qlobal satışları və mənfəəti müvafiq olaraq 400 milyard və 100 milyard dollar təşkil edir və şirkətin smartfonlar, planşetlər və smart saatlardan tutmuş əməliyyat sistemləri vasitəsilə Apple App Store-a qədər bütün əlaqəli səviyyələrdə dominant, lakin güclü bazar mövqelərinə malikdir.

Müəllif: Elmir Murad