15:26 - 12.04.2022
12 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 239 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 mln. manat və ya 9,1% artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,5%-ni təşkil edib.
Bu ilin fevral göstəricisi ilə müqayisədə isə, mobil rabitə operatorlarının gəlirləri mart ayında 3,5% və ya 2,7 mln. manat artaraq 79 mln. manat təşkil edib.
13 Avqust 2026
13 Avqust 2026