12:21 - 13.08.2026
13 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin məlumatına görə, nazir Mikayıl Cabbarov Çinin alüminium və metallurgiya texnologiyaları sahəsində aparıcı şirkətlərindən olan "Xinjiang Joinworld Co., Ltd."nin baş direktorunun müavini Ma Bin ilə görüşüb.
Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin dinamikası, biznes tərəfdaşlığının şaxələndirilməsi və sənaye sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər metallurgiya sənayesində birgə layihələrin reallaşdırılması perspektivlərini, müasir texnologiyaların və nou-haunun tətbiqini, eləcə də təcrübə mübadiləsinin təşviqi imkanlarını nəzərdən keçiriblər.
11 Avqust 2026