14:00 - 13.08.2026
13 avqust, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektron qeydiyyat sistemi vasitəsilə qeyri-rezident rəqəmsal xidmət təchizatçılarının vergi uçotuna alınması davam etdirilir.
Bu il ərzində daha 4 beynəlxalq şirkət — ABŞ-nin “Xsolla” və “Valve Corporation”, Böyük Britaniyanın “Formula One Digital Media” və Almaniyanın “Cleverbridge” şirkətləri portalda qeydiyyatdan keçib. “Valve” və “Cleverbridge” şirkətlərinin ƏDV qeydiyyatı sentyabrın 1-dən qüvvəyə minəcək.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sentyabr ayından etibarən ölkə üzrə illik dövriyyəsi 10 min dolları aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün elektron qeydiyyat məcburi olacaq. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri bəyan edib büdcəyə ödəyəcək, nəticədə xidmət alarkən banklar tərəfindən vətəndaşların hesabından ƏDV tutulmayacaq.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026