Avropanın aparıcı şirkətlərinin II rüb mənfəət proqnozları 8 həftədir artır

21:48 - 13.08.2026


13 avqust, Fineko/abc.az. Avropanın aparıcı şirkətlərinin II rüb mənfəət gözləntiləri ardıcıl 8 həftədir yüksəlir. Hesabat verən 268 şirkətin göstəricilərinə və təhlillərə əsasən, "STOXX 600" indeksindəki şirkətlərin ümumi mənfəətinin illik müqayisədə 23,4% artacağı gözlənilir.

Əsas artım drayverləri ABŞ-İran münaqişəsi fonunda neft qiymətlərinin yüksəlməsi ilə mənfəəti 2 dəfədən çox artan enerji sektoru və mənfəəti 70% yüksələn xammal sektorudur. Enerji sektoru nəzərə alınmadıqda belə, şirkətlərin mənfəət artımı 12,3% təşkil edir.

Hesabat təqdim edən şirkətlərin 58,6%-i analitiklərin gözləntilərini üstələyib. Şirkətlərin satış gəlirlərinin isə 11,4% artacağı proqnozlaşdırılır.