12:21 - 19.10.2021
19 oktyabr, Fineko/abc.az. Bakı Gəmiqayırma Zavodunda tikilən və ötən ay istifadəyə verilən “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb.
Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb.
Yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026