16:31 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Pakistan Avrasiya İqtisadi Birliyi (AİB) ilə saziş bağladıqdan sonra Mərkəzi Asiya ölkələrindən keçməklə malların daşınması üçün yeni quru marşrutunu istifadəyə verməyi planlaşdırır.
Bu barədə keçirilən mətbuat konfransında ölkənin Rusiyadakı səfiri Faysal Niyaz Tirmizi bəyan edib. Diplomatın sözlərinə görə, yeni logistik dəhlizin hazırlanması və tam işə salınması üçün 1 ildən 1,5 ilədək vaxt tələb olunacaq.
Hazırda Rusiya və Pakistan arasında ticarət dövriyyəsi əsasən Qara dəniz və Vladivostok vasitəsilə dəniz yolu ilə həyata keçirilir. AİƏB ilə müqavilə Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, eləcə də Əfqanıstan və İran ərazisindən birbaşa tranzit daşımalarına imkan yaradacaq.
14 Avqust 2026
14 Avqust 2026