12:14 - 13.08.2026
13 avqust, Fineko/abc.az. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) pandemiyadan sonrakı dövrdə qlobal turist axınının 2019-cu illə müqayisəli göstəricilərini açıqlayıb. Məlumatlar göstərir ki, dünya turizm xəritəsində güclər nisbəti köklü şəkildə dəyişib.
Qlobal turizm bazarında ən böyük sıçrayışı Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələri göstərib:
Səudiyyə Ərəbistanı: turist axınını 67% artıraraq mütləq rekorda imza atıb.
Mərakeş və Misir: müvafiq olaraq +55% və +47% artım nümayiş etdirib.
Braziliya və Kolumbiya: turist axınını +46% və +45% artırıb.
Yaponiya: Asiyada 34% artım ilə liderliyini qoruyub.
Bununla yanaşı, geopolitik gərginlik fonunda İsrail (-71%) turist itkisində antirekord vurub. İrlandiya (-32%), Argentina (-23%) və Peruda da (-22%) kəskin eniş qeydə alınıb.
Ən diqqətçəkən məqam isə ənənəvi turizm mərkəzləri olan ABŞ (-14%), Kanada (-11%) və Tailandın (-17%) da turist itirən ölkələr sırasına düşməsidir. Avropada replaces Baltikyanı ölkələr və Macarıstan gerilədiyi halda, İspaniya, Fransa və Yunanıstan 11–16% arası sabit artım nümayiş etdirir.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026