12:27 - 13.08.2026
13 avqust, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Namiq Yusubovun verdiyi məlumata görə, “Dərnəgül” elektrik deposunda tikintinin ikinci mərhələsi çərçivəsində artıq 12 vaqon istismara verilib.
Deponun tam fəaliyyətə başlaması isə 2027-ci ilin sonu — 2028-ci ilin əvvəlinə planlaşdırılır.
Bu deponun istifadəyə verilməsi Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas halqasıdır. Hazırda hər iki xəttə yalnız “Nərimanov” deposu xidmət göstərir. Xətlər ayrıldıqdan sonra Yaşıl xətt üzrə qatarlar “Dərnəgül–Xətai” marşrutu ilə müstəqil hərəkət edəcək ki, bu da intervalları azaltmağa və şəbəkənin buraxılış qabiliyyətini artırmağa imkan verəcək.
12 Avqust 2026