15:45 - 14.08.2026
14 avqust, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində göstərilən xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,1% artaraq 9 milyard 206,6 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərin 60,1%-i (5 milyard 530,7 milyon manat) yük daşınması, 27,4%-i (2 milyard 522,9 milyon manat) sərnişin daşınması, 12,5%-i (1 milyard 153 milyon manat) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Hesabat dövründə nəqliyyat sektoru üzrə yük daşınması 2,8% artaraq 140,8 milyon ton olub. Yüklərin 63%-i avtomobil, 25,9%-i boru kəməri, 7,4%-i dəmir yolu, 3,6%-i dəniz və 0,1%-i hava nəqliyyatı ilə daşınıb. Sərnişin daşınması isə 8,6% artaraq 1 milyard 290 milyon nəfərə çatıb ki, bunun da 89,3%-i avtomobil nəqliyyatının, 10%-i isə metronun payına düşüb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026