16:48 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti buğda partiyası göndərilib. 1400 ton çəkisi olan 20 vaqondan ibarət yük qatarı avqustun 13-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Ümumilikdə, bu marşrutla Rusiyadan Ermənistana 39 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 67 min ton taxta materialı daşınıb. Paralel olaraq, Azərbaycan tərəfindən Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tonadək "Aİ-92" və "Aİ-95" markalı benzin ixrac olunub.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026