11:30 - 13.08.2026
13 avqust, Fineko/abc.az. Türkiyənin "Pegasus Hava Taşımacılığı A.Ş." şirkəti 2026-cı ilin ikinci rübündə 865 milyon avro gəlir əldə edərək 847 milyon avroluq bazar gözləntilərini üstələyib.
Yaxın Şərqdəki gərginlik səbəbindən aviayanacağın kəskin bahalaşması və beynəlxalq sərnişin axınının zəifləməsi maliyyə nəticələrinə təsir edib. Nəticədə aviaşirkət rübü 92 milyon avro xalis zərər ilə başa vurub.
Hesabat dövründə ümumi sərnişin sayı 1% azalaraq 10,5 milyon nəfər, xarici xətlər üzrə göstərici isə 11% geriləyərək 6,1 milyon nəfər olub. Əməliyyat mənfəəti (FAVÖK) 62 milyon avroluq proqnozu keçərək 80 milyon avro təşkil etsə də, yanacaq xərcləri 58% artaraq 340 milyon avroya yüksəlib.
12 Avqust 2026
13 Avqust 2026
12 Avqust 2026