16:04 - 14.08.2026
14 avqust, Fineko/abc.az. Almaniyanın Federal Statistika İdarəsinin məlumatına əsasən, Çin istehsalçılarının artan rəqabəti və xərclərin azaldılması fonunda ölkənin avtomobil sektorunda işçi sayı son 20 ildən çox müddətin en aşağı səviyyəsinə geriləyib. Avtomobil sənayesi emal sektorunda ən çox işçi itirən sahə olub.
"Volkswagen", "BMW" və "Mercedes-Benz Group" kimi konsernlərdə ümumi işçi sayı 5,8% (42 min 300 nəfər) azalaraq 2005-ci ildən bəri görülən ən aşağı həddə enib. Bu daralma tempi ümumi sənayədəki azalma göstəricisindən iki dəfədən çoxdur.
Sektorun qarşılaşdığı əsas çətinliklər:
Çin bazarındakı mürəkkəb şərait və yerli istehsalçıların qlobal rəqabəti;
Almaniya daxilində yüksək istehsal xərcləri;
Qlobal tələbatın zəifləməsi fonunda mənfəət gözləntilərinin aşağı salınması.
Hazırda "Volkswagen" Almaniyada 100 minədək əməkdaşını ixtisar etməyi və bəzi zavodlarını bağlamağı nəzərdən keçirir. Statistika idarəsinin məlumatına görə, iyun ayının sonuna avtomobil sənayesində 691 min 500 nəfər çalışıb. Bu göstərici ilə sahə 900 mindən çox işçisi olan maşınqayırma sektorundan sonra ölkənin ikinci ən böyük sənaye işəgötürəni mövqeyini qoruyur.
12 Avqust 2026