Bakı-Xırdalan-Sumqayıt qatarının hərəkəti tədris ili başlayanadək bərpa olunacaq

17:08 - 14.08.2026


14 avqust, Fineko/abc.az. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərinin altından yeni avtomobil yolu keçidinin inşası başa çatıb.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC tərəfindən bu istiqamətdə sərnişindaşımanın bərpası üzrə hazırlıq işlərinə start verilib.

Hazırda Xırdalan–Sumqayıt sahəsində infrastruktura baxış keçirilir və xəttə buraxılacaq qatarların təmiri aparılır. Bütün işlər yekunlaşdıqdan sonra Bakı–Xırdalan–Sumqayıt marşrutu üzrə qatarların hərəkəti yeni tədris ili başlayanadək tam bərpa ediləcək və qatarlar həftənin bütün günləri mövcud cədvəl üzrə fəaliyyət göstərəcək.