Bakı-Qəbələ qatarı fəaliyyətə başladı – Paytaxtdan yola düşdü

10:51 - 18.05.2021


18 may, Fineko/abc.az. Bakı-Qəbələ qatarı ilk dəfə yola düşüb.

ABC.AZ-ın məlumatına görə, Bakıdan Qəbələyə yola düşən qatarın sürəti saatda 135 kilometrdir.

Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb.

Dəmir yolu xətti ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.5 km təşkil edir.

Müəllif: Elmir Murad