Əczaçılıq məhsullarının idxalı azalıb: 7 ayın nəticələri

10:08 - 24.08.2026


24 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan 305,178 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,77% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının ixracı da 13,51% azalaraq 1,487 milyon ABŞ dolları təşkil edib. Bu məhsulların ümumi idxaldakı payı 3,09%, ümumi ixracdakı payı isə 0,01% olub.

Cari ilin 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 1,3% artaraq 29 milyard 216 milyon dollara çatıb. Dövriyyənin 19 milyard 336 milyon dollarını ixrac, 9 milyard 881 milyon dollarını isə idxal təşkil edib. İl ərzində ixrac 27% artdığı halda, idxalda 27,4%-lik azalma qeydə alınıb.