SOCAR-ın gəlirləri 86,3 milyard manata çatıb — Xalis mənfəət 3 milyard manat təşkil edib

14:47 - 14.08.2026


14 avqust, Fineko/abc.az. 2025-ci il ərzində qlobal enerji bazarlarında yaşanan geosiyasi qeyri-müəyyənliklərə və təbii qaza artan tələbə baxmayaraq, SOCAR il üzrə maliyyə nəticələrini açıqlayıb.

Şirkətin 2025-ci ildə gəlirləri 86,3 milyard manat, ümumi mənfəəti isə 12,6 milyard manat olub. Şirkətin gəlirlərinin əsas hissəsi xam neft, neft və kimya məhsulları, həmçinin təbii qazın satışından formalılaşıb.

Əsas maliyyə göstəriciləri:

  • Əməliyyat mənfəəti: Əvvəlki dövrlə müqayisədə 80% artaraq 5,2 milyard manat;

  • Xalis mənfəət: Təxminən 3 milyard manat;

  • EBITDA (Vergi və amortizasiyadankənar mənfəət): 2024-cü illə müqayisədə 26% artaraq 10,9 milyard manat;

  • Əməliyyat pul vəsaitlərinin hərəkəti: 136% artım göstərib.